“Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” yenidən gündəmdə

18:25 | 08.09.2014
“Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” yenidən gündəmdə

“Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” yenidən gündəmdə

“Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” nəhayət yenidən gündəmə gətirilib. Proqramın artıq razılaşdırılaraq təsdiqə verildiyi bildirilir. 

Bu barədə Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün twitter səhifəsində məlumat verib.

 Proqram yaxın 3 il üçün, 2014 - 2016-cı illər üçün nəzərdə tutulur. Xəbər verildiyi kimi əvvəllər, “2013-2015- ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” adlanan bu sənədi uzun müddət idi ki Maliyyə Nazirliyi ilə razılaşdırmaq mümkün olmamışdı. 

Proqramın hazırlanması Prezidentin 5 fevral 2013-cü il tarixli Fərmanı ilə RİTN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın da Təklifləri nəzərə alınaraq Dövlət Proqramı Layihəsinin yekun variantı cari ilin əvvəlində hökumətə təqdim edilmişdi. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti