Elektron kabinetdən istifadə zamanı yeni qaydalar tətbiq ediləcək

14:31 | 10.09.2023
Elektron kabinetdən istifadə zamanı yeni qaydalar tətbiq ediləcək

Elektron kabinetdən istifadə zamanı yeni qaydalar tətbiq ediləcək

Gələn il yanvarın 1-dən etibarən vergiödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qayda qüvvəyə minir. Belə ki, həmin tarixdən vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.

Dövlət Vergi Xidmətindən xəbər verilir ki, gücləndirilmiş elektron imzası olan vergiödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər.

Vergi ödəyicisi elektron kabinetinə daxil olmaq və sadalanan elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (Asan İmza) sahib olmalıdır. Vergiödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara "Asan İmza”ya sahib olmaq üçün vaxt qazandırır.

Gücləndirilmiş elektron imzanın istifadəsi ilk növbədə vergiödəyicisi üçün yüksək təhlükəsizlik vəd edir. Həmçinin vergiödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması və s. xidmətlərdən yararlana bilirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb