Elektron ticarətin həcmi artıb

18:55 | 12.11.2013
Elektron ticarətin həcmi artıb

Elektron ticarətin həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artıb.ANN.Az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2,0 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 83,9 faizini hüquqi, 16,1 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib. 2013-cü ilin yanvar-oktyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,6 milyard manatlıq əmtəə satılıb. Bu isə ötən ilin on ayı ilə müqayisədə 9,7 faiz çoxdur. İstehlak mallarının 51,8 faizini ərzaq, 48,2 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi isə 4 faiz artıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti