Zelenski Rusiyanı sülhə məcbur etməyə çağırıb

12:52 | 25.09.2024
Zelenski Rusiyanı sülhə məcbur etməyə çağırıb

Zelenski Rusiyanı sülhə məcbur etməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı sülhə məcbur etməyə çağırıb. Bu barədə Zelenski BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib. 
 
O bildirib ki, Putin dünyada beynəxalq nizamnamələri pozan yeganə təcavüzçüdür. 
 
Onun sözlərinə görə, münaqişəyə son qoymaq üçün dinc danışıqlar kifayət deyil və Moskvanı "sülhə məcbur etmək” lazımdır. O, iddia edir ki, Rusiya "beynəlxalq cinayət” törədir.
 
Zelenski bir neçə gün öncə bildirib ki, Rusiya Ukrayna müharibəsinin sonuna hər kəsin gözlədiyi bir vaxtdan az vaxt qalıb. 
 
Bundan əvvəl Ukrayna rəsmiləri bildirib ki, ABŞ Kiyevi seçkilərə hazırlaşmağa çağırdığı üçün Ukraynadakı hərbi münaqişə  gələn ilin yazına qədər bitə bilər. 
 
Rusiya ilə Ukrayna arasında müharibə 2021-ci ilin fevralından davam edir. İki ölkə liderləri bir neçə dəfə danışıqlar masasına gəlmək üçün şərtlərini açıqlasalar da bu hal mümkün olmayıb. Müharibə fonunda dünyanın bir çox markaları Rusiya bazarını tərk etmək barəsində qərar verib. ABŞ və Avropa Putinə və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Lakin Putin öz qərarından geri çəkilməyib. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti