Ələsgər Məmmədli xəstəxanaya yerləşdirilməsi ilə bağlı müraciət edib

17:24 | 16.04.2024
Ələsgər Məmmədli  xəstəxanaya yerləşdirilməsi ilə bağlı müraciət edib

Ələsgər Məmmədli xəstəxanaya yerləşdirilməsi ilə bağlı müraciət edib

Ədliyyə Nazirliyi və Penitensiar Xidmət Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin xəstəxanaya yerləşdirilməsi haqqında müraciətinə  cavab verməyib. Bu barədə onun qardaşı Nəsimi Məmmədli məlumat verib. 
 
Onun sözlərinə görə, 12-də təkrar Ələsgər Məmmədli USM müayinəsindən keçirilib. 

"Müayinə zamanı qardaşımın qalxanabənzər vəzində düyün olduğu bir dahatəsdiq ediblər.Düyünün ölçüsü 18-19 millimetrdir. Halbuki həbsdən qabaq keçdiyi müayinə zamanı onun ölçüsünün 23 millimetr olduğu aşkar olunmuşdu və müayinənin nəticəsini təsdiq edən tibbi sənədlər də var",  -  Məmmədli bildirib.

Onun sözlərinə görə, qardaşı istintaq təcridxanasında boğulmadan əziyyət çəkir. 

"Bununla bağlı biz aprelin 8-də ombudsmana müraciət etmişik. Dünən ombudsman aparatının rəhbəri Aydın Səfixanlının rəsmi cavabını almışam. Onlar mənim müraciətimi Ədliyyə Nazirliynin Baş Tibb idarəsinin rəisi vəzifəsini icra edən Rəfail Mehdiyevə göndərib. Əlavə müayinə və iynə biopsiyası üçün özəl klinikalardan birində bizim öz vəsaitimiz hesabına bu prosedurun aparılmasına şərait yaradılmasını tövsiyə ediblər", - deyə Məmmədli qeyd edib.

Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Tibb İdarəsi məsələyə hələlik münasibət bildirməyib. 

Martın 6-da Toplum TV-nin və onun tərəfdaşı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli cinayət işi qaldırılıb. Yeddi nəfər 4 ay ibtidai həbsə məhkum edilib, daha iki nəfər polis nəzarətinə verilib.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb