Ələsgər Məmmədlinin səhhəti pisləşib

14:11 | 13.05.2024
Ələsgər Məmmədlinin səhhəti pisləşib

Ələsgər Məmmədlinin səhhəti pisləşib

"Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşib. Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli anews.az-a açıqlamasında bildirib. 
 
"Bu gün Ələsgər bəylə 5-6 dəqiqəlik telefonla danışdım. Səhətində yaxşılığa doğru dəyişiklik yoxdur. Nəfəs almaqda çətinliyi davam edir. Gecə normal yata bilmir. Uzanıqlı halda boğulma hissi yaranır. Qan təzyiqi normadan yüksəkdir. Səsində problem yaranıb. Bir cümləlik nitqində bir neçə dəfə udqunur. Boğazındakı qalxanabənzər vəzin iynə biopsoyası üçün şərait yaradılmır.  10 gündən çoxdur təcridxanada müayinə və qan analizləri götürülsə də hələ nəticəsi nə özünə nə də vəkilinə təqdim olunub. Əvvəlki müalicəsi bitib, yenisini isə bu səbəbdən başlaya bilmirik. Ələsgər bəyin ciddi müalicəyə ehtiyacı olmasına baxmayaraq dəlilsiz, sübutsuz həbsdə saxlanılır. Sanki girovluqdadır. Onu özəl yaxud dövlət klinikalarında öz vəsaitimiz hesabına müayinə, müalicə və əməliyyat etdirməklə bağlı müraciətimiz cavabsız qalıb. Dövlət orqanlarının bir işıqlı insana, aydına, xüsusilə də təqsirsiz insana qarşı bu zülmkar münasibəti yolverilməzdir?",- o bildirib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin vəkili mətbuata açıqlamasında bildirib ki, onun müalicəsini istinaq orqanı üzərinə götürüb, buna görə də onun ev dustaqlığına buraxılması vəsatəti vəkili tərəfindən geri götürülüb.

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Aygün
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM