Ələsgər Məmmədliyə və digər şəxslərə əlavə ittiham verilib

17:10 | 17.01.2025
Ələsgər Məmmədliyə və digər şəxslərə əlavə ittiham verilib

Ələsgər Məmmədliyə və digər şəxslərə əlavə ittiham verilib

Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə saxlanılan Ələsgər Məmmədli və yeddi təqsirləndirilən şəxsə  əlavə ittiam verilib. 
 
Belə ki, onlara Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1 (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir.
 
Ələsgər Məmmədli və digər şəxslərin həbs müddəti aprelin 6-na kimi uzadılıb. 
 
Bundan əvvəl Toplum Tv işi üzrə saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Eyni zamanda "Toplum TV" işi üzrə həbs olunan Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov barələrində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
 
Həbs olunan şəxslər  Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM