Ələt iri şəhər olacaq - Plana görə

11:18 | 27.02.2014
Ələt iri şəhər olacaq - Plana görə

Ələt iri şəhər olacaq - Plana görə

Azərbaycan Memarlıq və Şəhərsalma üzrə Dövlət Komitəsi Böyük Bakı regional inkişaf Planı üzərində işini başa çatdırıb.Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı Komitənin sədri Abbas Ələsgərov verib.Onun sözlərinə görə, Bakının mərkəzindən iri müəssisələr köçürüləcək.“Plana uyğun olaraq Pirallahı qəsəbəsində iri turizm kompleksinin salınması nəzərdə tutulur. Bir sıra sənaye müəssisələrinin Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin iri şəhərə çevrilməsi planlaşdırılır. Eləcə də Sumqayıtdan bir neçə sənaye obyektlərinin köçürülməsi nəzərdə tutulur” – deyə, A.Ələsgərov bildirib.Onun sözlərinə görə plan eləcə də şəhərin mərkəzindən iri obyektlərin köçürülməsini də nəzərdə tutur.“Bütün bu təkliflər Böyük Bakı regional inkişaf Planında nəzərə alınıb, yerinə yetirilmə qərarı dövlətdən və Bakı Şəhəri İcra Hakimiyyətindən asılıdır” – A.Ələsgərov bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM