Əli Ağaoğlu: “Övladlarımı düşündüm”

10:00 | 25.12.2013
Əli Ağaoğlu: “Övladlarımı düşündüm”

Əli Ağaoğlu: “Övladlarımı düşündüm”

Bir neçə gün öncə rüşvət əməliyyatı çərçivəsində saxlanılan “Ağaoğlu” Şirkətlər Qrupunun başqanı Əli Ağaoğlu sərbəst buraxıldıqdan sonra ilk dəfə məsələyə münasibət bildirib.AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Ağaoğlu “Mən üz qızardacaq heç bir işə qarşmadım. Əslində bu hadisəni diqqəti cəlb edəcək şəkildə ictimaiyyətə çatdrmaq istədilər. Mən də mediatik biri olmağın əvəzini ödədim” deyə bildirib.Ağaoğlu 8 saat davam edən ifadəsində “Bakırköy 46” layihəsi barədə sualları cavablandırdığını deyib:“Mən sadəcə İstanbul Büyükşəhər Bələdiyyəsindən 18-ci maddəsinın tətbiqinin aradan qaldırılmasını istədim. Bələdiyyədən cavab gəlməyincə, Ətraf Mühit və Şəhərsalma Nazirliyinə müraciət etdik. Tək günahımız işimizin arxasınca getmək olub. Əgər bunu etməsəydik, sənədlərimiz bir masadan digərinə 15 gündə gedərdi”.Əli Ağaoğlu saxlandığı müddətdə başına gələnlərdən danışaraq tənqidi fikirlər səsləndirib: “Məruz qaldığımız durum çok çirkindir. Qürurumuzu alçaltdılar. İnsanların dərmanlarını belə vermədilər. Özüm üçün qətiyyən qorxmadım. Ancaq övladlarımı düşündüm”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti