"İnsanların çoxu xəstəliyi ayaqüstə keçirəcək, orqanizmində hansı proseslərin cərəyan etdiyindən xəbəri belə olmayacaq”.
"Yeni Sabah” xəbər verir ki, bu fikirləri gələcəkdə dünya əhalisinin tam şəkildə virusa yoluxacağını proqnozlaşdıran Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov səsləndirib.
"İnsanların 25 faizi heç bilməyəcək ki, virusa yoluxub. Ayaqüstə keçirəcək, orqanizmində hansı proseslərin cərəyan etdiyindən xəbəri belə olmayacaq.
Yalnız insanların 20 faizində xəstəliyin ağır əlamətləri müşahidə olunacaq, hərarətləri yüksələcək. Onların xəstəxanaya yerləşdirilməsi lazım gələcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !