Bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının, pensiyanın, dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.
Ə.Əhmədov hesab edir ki, bu sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edəcək.
Onun sözlərinə görə, 2019-cu ilin yarım ili ərzində minimum əməkhaqqı təxminən iki dəfə artırılıb:
"Ayrı-ayrı dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının təxminən 40 faiz artırılması barədə də sərəncamlar imzalanıb. Beləliklə, 100 minlərlə insanın əməkhaqqının bu sənədlərlə artırılması nəzərdə tutulub. Minimum əməkhaqqının artırılması vahid əməkhaqqı cədvəlinə uyğun olaraq, digər işçilərin də əməkhaqlarında artımların olmasını avtomatik təmin edəcək və bu, yüzminlərlə Azərbaycan vətəndaşının həyatını yaxşılaşdıra biləcək".
Ə.Əhmədov deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar dövlət büdcəsinə vəsaitlərin artımını təmin edib. Bunun nəticəsində vətəndaşlar üçün çox ciddi sosial paketlər qəbul edilib.
"Ölkənin iqtisadi imkanları, dövlət büdcəsinə daxil olan vəsaitlər artdıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !