• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi

Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi
16.09.2020 17:07
"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, "Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin qeyd olunan qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb.

Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində "baş məşqçi” kimi müəyyənləşdirilib. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı "baş məşqçi” ilə federasiya əməkdaşı "baş məşqçi”lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu.

Gənclər və İdman Nazirliyinin əməkdaşları olan "baş məşqçi”lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda "baş məşqçi” vəzifə adının "seleksiya üzrə baş mütəxəssis” vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib.

Qərar 2005-ci il mayın 13-də o zamankı Baş nazir Artur Rəsizadə tərəfindən imzalanmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol