Əli Əsədov Azərbaycanda inflyasiyadan danışıb

17:06 | 09.06.2023
Əli Əsədov Azərbaycanda inflyasiyadan danışıb

Əli Əsədov Azərbaycanda inflyasiyadan danışıb

Azərbaycanda əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Bunu Azərbaycanın Baş Naziri Əli Əsədov Soçidə keçirilən Avrasiya -2023 konqresində çıxışı zamanı deyib.

"Ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurəti məsələsi bütün dünya ölkələri üçün görünməmiş həddə çatıb. Bu baxımdan ölkə əhalisinin ərzaq məhsulları ilə təminatı Azərbaycan Prezidenti tərəfindən hökumətin qarşısında duran əsas istiqamətlərdən və vəzifələrdən biri kimi müəyyən edilir”,  -  Əsədov bildirib.

Baş nazir  qeyd edib ki, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında ərzaq məhsullarının qiymətinin artması inflyasiya təzyiqinin artmasına səbəb olub.

"Bu, iqtisadiyyatımıza da təsir etdi. Bununla bağlı ötən ilin fevralında Nazirlər Kabineti inflyasiyanın sahibkarlıq fəaliyyətinə və əhalinin sosial rifahına təsirini minimuma endirmək məqsədi ilə sərəncam verib. Bu məqsədlə 2023-cü ildə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət büdcəsində 40 faiz artım olub. Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 5,2 faiz artıb”, - Azərbaycanın baş naziri bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM