Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Eyni zamanda, Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !