Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Baş nazir, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !