Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

18:48 | 22.05.2023
Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb


Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM