Əli Əsədov Putinlə görüşüb-Foto

21:42 | 09.06.2023
Əli Əsədov Putinlə görüşüb-Foto

Əli Əsədov Putinlə görüşüb-Foto

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.

Bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.
Əli Əsədov görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb