Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb

19:39 | 30.01.2024
Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb

Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb


Yanvarın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.
İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.

Tərəflər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.
 
Görüş zamanı fövqəladə halların qarşısının və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM