• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Əli Əsədov Slovakiya parlamentinin sədri ilə görüşdü

Əli Əsədov Slovakiya parlamentinin sədri ilə görüşdü
13.06.2022 19:16
Baş nazir Əli Əsədov bu gün Slovakiya Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərin, kənd və şəhərlərimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edilib.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. Bu baxımdan Ələt azad iqtisadi zonasının önəmi qeyd edilib, Slovakiya şirkətlərinin xarici investorlar üçün burada yaradılmış əlverişli imkanlardan faydalana biləcəyi bildirilib.

Enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb, Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan Cənub Qaz Dəhlizinin önəmi xüsusi vurğulanıb.

Görüşdə, həmçinin, iki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Siyasət 00:05
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 22:47
Paşinyan İlham Əliyevə təşəkkür edib
Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - Yenilənib
Siyasət 20:29
Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - Yenilənib
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi keçirilib
Siyasət 18:20
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi keçirilib
Baş nazir Türkmənistandadır
Siyasət 15:52
Baş nazir Türkmənistandadır
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Siyasət 15:11
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Prezident sərəncam imzalayıb
Siyasət 14:34
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşüb
Siyasət 14:25
Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşüb
Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
Siyasət 12:29
Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol