Əli Əsədovdan gürcüstanlı həmkarına MƏKTUB

21:00 | 24.02.2021
Əli Əsədovdan gürcüstanlı həmkarına MƏKTUB

Əli Əsədovdan gürcüstanlı həmkarına MƏKTUB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Anews.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti