Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov İRƏLİ-nin IV hesabat-seçki konfransında çıxış edib.
"Qafqazinfo" xəbər verir ki, o, çıxışında İRƏLİ-çilərə uğurlar arzulayıb:
"Ümid edirəm ki, bu seçkilər həyatınızda dönüş nöqtəsi olacaq və təşkilat indiqəyə qədər bütün gördüyü işlərə yenidən baxacaq. İRƏLİ hər zaman kreativliyi ilə seçilib. Lakin fanatcasına heç nəyə nail olmaq olmaz. İdeyasızlıq yolverilməzdir. Gənclər nə etdikləri nəyə bağlı olduqlarının fərqində olmalıdırlar".
Əli Həsənov çıxış edən İRƏLİ üzvlərini Heydər Əliyev kursuna bir qədər biganə qalmaqda qınadı:
"Heydər Əliyevin yaratdığı ən birinci institut Azərbaycan dövlətidir. Görürsünüz, bir qədər etinasızlıq etdiniz, dərhal Heydər Əliyevin yaratdığı institutlardan birinin rəhbəri Seymur Orucov narahatlığını ifadə etdi. Bu gün müəyyən şəbəkələr var ki, bəzi gənclər onların təsirinə düşüb, onlardan prezidentə, dövlətə qarşı istifadə edirlər. Onlardan uzaq durmayın içərilərinə girin, dialoq qurun, niyə incidiklərinin səbəblərini araşdırın. Onları inandırın ki, bu yoldan çəkinsinlər".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !