Əli Həsənov: Müharibə qaçılmazdır

12:20 | 31.08.2015
Əli Həsənov: Müharibə qaçılmazdır

Əli Həsənov: Müharibə qaçılmazdır

Danışıqlar əsasən Minsk qrupu formatı çərçivəsində davam edir. Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici işlər nazirliklərinin görüşü keçirilir. Eləcə də, digər nümayəndələrin apardıqları danışıqlar da. Bu formata, biz daxil, hələ də ümid bəslənilir.

Amma təssüflər olsun ki, Minsk qrupunun, necə deyərlər, dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeydliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir.

Bu sözləri ANS-ə müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, indiki halda bu danışıqlar belə davam eləsə, danışıqlar imitatsiyası adı altında Ermənistanın bu qeyri-konstruktiv mövqeyi davam eləsə, BMT Təhlükəsizlik Şurasının üzvləri və bütövlükdə BMT Ermənistana təziq göstərməsə, müharibə qaçılmazdır.

"Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaq. Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Bu, bizim beynəlxalq hüquq normalarına sökənən milli haqqımızdır. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə getməmişik və getmək fikrində də deyilik”, - deyə, o, bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM