Əli İnsanov YAP yubiley tədbirinə qatılıb - FOTOLAR

12:27 | 21.11.2022
Əli İnsanov YAP yubiley tədbirinə qatılıb - FOTOLAR

Əli İnsanov YAP yubiley tədbirinə qatılıb - FOTOLAR

Azərbaycanın bir qism müxalifət partiyalarının rəhbərləri Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi ilə bağlı  bu gün keçirilən toplantıya qatılıb. 

Onlar arasında özünü Prezident İlham Əliyevə qatı müxalifət adlandıran sabiq səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə və başqaları olub.
 
İlqar Məmmədov öz sosial media hesabında tədbirə rəqib partiyanı təbrik etmək üçün qatıldığını yazıb.
 
"Yeni Azərbaycan Partiyası özünün 30-cu doğum gününə dəvət edib. Gəldim tədbirə rəqibimizi təbrik etməyə. YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir.  Digər arzum isə, onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların rəsmən onun sıralarına qatılmasıdır”,  - Məmmədov yazıb.  

Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev tədbirə gəlməyib. Onun bu tədbiri iqnor etdiyi və ya ümumiyyətlə dəvət olunmadığı barədə məlumat bildirilmir. 
 




 
N.Təbrizli







www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM