Əli İnsanovun adından əfv ərizəsini Novella Cəfəroğlu yazıbmış

15:05 | 22.05.2014
Əli İnsanovun adından əfv ərizəsini Novella Cəfəroğlu yazıbmış

Əli İnsanovun adından əfv ərizəsini Novella Cəfəroğlu yazıbmış

“Keçmiş səhiyyə naziri Əli İnsanovun adından əfv ərizəsini biz yazmışıq”.

Modern.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu gözlənilən əfv sərəncamı haqda danışarkən deyib: “Həmin ərizəni Əli İnsanovun, eləcə də digər məhbusların adından biz, hüquq müdafiəçiləri yazıb prezidentə göndərmişik. İctimai təşkilat olaraq bizim buna hüququmuz çatır. Əfv olacağına da əminik və gözəyirik”.Novella Cəfəroğlunun sözlərinə görə, ərizəni həbsdə olan şəxs  özü yazmaya da bilər.Hüquq müdafiəçisi qeyd edib ki, bu gün monitorinq qrupunun iki üzvü - Səadət Bənənyarlı və Arzu Abdullayeva AŞPA-nın Bakıda olan sədri ilə görüşüb. Əli İnsanov başda olmaqla AŞPA-nın sədrinə siyasi məhbus siyahısı təqdim olunub. Əli İnsanov barədə söhbətlər aparılıb: “Mümkün olduğu qədər onun əfv olunmasına nail olmaq istəyirik. Çünki ona verilən cəzanın böyük hissəsini çəkib. Artıq cəzasının 1 il 1 ayı qalıb. Buna görə də əfv olunması mümkündür”. Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM