Əli Kərimli barəsində verilən şikayət icraata götürüb

12:22 | 12.09.2024
Əli Kərimli barəsində verilən şikayət icraata götürüb

Əli Kərimli barəsində verilən şikayət icraata götürüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb. Bu barədə qərar Nəsimi Rayon Məhkəməsində qərar qəbul olunub.

Məhkəmənin növbəti prosesi sentyabrın 19-da keçiriləcək.

Bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  də onun barəsində xüsusi ittihamla qaldırılan cinayət işi ilə bağlı hazırlıq məhkəməsi keçiriləcəyi barədə  öz sosial hesabında yazıb. 
 
Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM