Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

10:19 | 20.05.2020
Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai rayon polis idarəsinin əməkdaşı onun anasına bildirib.

Yeniavaz.com xəbər verir ki, DİN-in mətbuat katibi Ehsan Zahidov Turan-a bildirib ki, Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası cinayət işinin saxtalaşdırıldığını və Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.

O, ictimai tədbirlərdə AXCP lideri Əli Kərimlinin cangüdənlərindən biri olub. Partiya onun təqib olunmasının səbəbinin də bu olduğunu iddia edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb