Əli Kərimlinin müşaviri istefa verdi

13:45 | 05.08.2014
Əli Kərimlinin müşaviri istefa verdi

Əli Kərimlinin müşaviri istefa verdi

AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiya sıralarını tərk edib. Bu barədə R.Mirhəşimli özünün “Facebook” profilində açıqlama yayıb."Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info-ya danışan R.Mirhəşimli bildirib ki, bu qərarını iyulun əvvəllərində verib və partiyadan çıxması ilə bağlı qərarını artıq AXCP rəhbərliyinə çatdırıb. Partiyadan çıxma səbəbi ilə bağlı geniş danışmaq istəməyən keçmiş AXCP-çi bu barədə partiya rəhbərliyinə məlumat verdiyini qeyd edib.Qeyd edək ki, R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü olub. AXCP sədr aparatının və Ali Məclisinin üzvü olub, 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb. R.Mirhəşimli Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM