Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

16:58 | 19.11.2013
Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

Əli Kərimlinin qayını dövlətdən 69 min manat istəyir

AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidovun işindən apellyasiya şikayəti verilib. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunmasını, Elnur Seyidova bəraət verilməsini, onun pozulmuş hüquqlarının bərpa edilməsi tələblərini qoyublar: “Eyni zamanda Elnur Seyidova dəyən mənəvi ziyana görə 45 min, maddi ziyana görə 24 min manat kompensasiya ödənməsi tələbini qoymuşuq”.

Elnur Seyidov 2012-ci ilin mart ayından həbsdədir və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il yarım azadlıqdan məhrum edilib. O, dələduzluqda, vəzifə saxtakarlığında təqsirli bilinib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM