Bu gün Əli Laricani yenidən İran parlamentinin spikeri vəzifəsinə seçilib. Bu barədə Trend "İRNA" agentliyinə istinadən məlumat verir.
O, mümkün 264 səsdən 187-si qazanıb, 19 deputat isə bitərəf qalıb.
Laricaninin rəqibləri Əhmədi Bəxşeyişi 32 səs, Bəhram Piranvənd 26 səs qazana biliblər.
Laricani ardıcıl üç il doqquzuncu çağırış İran parlamentinə rəhbərlik edəcək.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !