Qəzəlxan, Azərbaycanın əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 119 illiyidir.“Axar.az” xəbər verir ki, 18 fevral 1895-ci ildə anadan olan Əliağa Vahid mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1965-ci ildə vəfat edib. Sənətkar haqqında rejissoru və ssenari müəllifi Şahmar Ələkbərovun olduğu “Qəzəlxan” filmi çəkilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !