Əlikrəm Hümbətov Azərbaycana qarşı çıxdı - Avropada

13:30 | 25.02.2014
Əlikrəm Hümbətov Azərbaycana qarşı çıxdı - Avropada

Əlikrəm Hümbətov Azərbaycana qarşı çıxdı - Avropada

Əlikram Hümbətov Brüsseldə Avropa Şurasının təşəbbüsü ilə keçirilən konfransda iştirak edib. “Axar.az” xəbər verir ki, bu informasiyanı İran mətbuatı yayıb. O, çıxışı zamanı guya Azərbaycanın talış mədəniyyəti və xalqını məhv etməyə istiqamətlənən siyasət apardığını bildirib. “Azərbaycanda talış sözünün özü həbs altındadır. Hökumət yönümlü qəzetlər isə “Talışıstan” demək əvəzinə Cənub regionu sözlərini işlədir. Talışların öz tarixi mədəni incəliklərini qorumaqdan ötrü atdıqları hər bir addım separatizm kimi qiymətləndirilir”. Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək “Sülh və Cənubi Qafqazda birgəyaşam” adlı konfransına Ələkrəm Hümbətovun dəvət olunduğunu yazmışdı. Ə.Hümbətov Avropa Şurasının Baş katibinin məktubu ilə bu konfransa dəvət edilmişdi. Ələkrəm Hümbətov 90-cı illərin əvvəllərində Azərbaycanın cənub bölgəsində “Talış Muğan Respublikası” yaratmağa cəhd etmişdi. Daha sonra onun bu təşəbbüsünün qarşısını yerli əhali və dövlət orqanları almış və o, həbs edilmişdi. Həbsdən azad olunandan sonra ölkədən gedən Ə.Hümbətov 2013-cü ildə Ermənistan və Dağlıq Qarabağa səfər etmiş, burada “Talış Muğan Respublikası”nın rəhbər kimi təqdim edilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM