Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bu, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.
Qanunun 10-cu (Əlilliyi olan şəxslərin reablitasiyası və abilitasiyası) maddəsinin 6-cı bəndinə əsasən, əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, abilitasiya reablitasiyadan sonrakı mərhələdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !