Azərbaycanda "Əlillərin hüquqları haqqında" yeni qanun layihəsi hazırlanıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, həmin layihədə əvvəlki qanunlarda olan məqamlar saxlanılmaqla yanaşı, yeni mütərəqqi addımlar da var:
"Düşünürəm ki, bu layihə də Milli Məclisə daxil olanda onun üzərində işləyib öz fikirlərimizi səsləndirə biləcəyik. Bu bizim gözlədiyimiz layihədir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !