Fashion şouda 10 model payız-qış kolleksiyasından ibarət 30 geyim nümayiş olunub.
''Kekalove Adaptiv''nin təsisçisi Məhəmməd Kekalov bildirib ki, nənəsi gözdən əlil olub və onun qarşılaşdığı problemlərdən yola çıxaraq, bu brendi yaratmaq qərarına gəlib.
''Bu fashionun məqsədi payız-qış kolleksiyonunu təqdim etmək idi. Burada əlilliyi olan şəxslərlə bərabər hazırladığımız geyimlər nümayiş olunub. Bu geyimlərin məqsədi əliliyi olan şəxslərin xüsusi ehtiyaclarına uyğun geyimlər hazırlamaqdır. Məsələn, təkərli oturacaq istifadəçiləri necə şalvar geyinirlər? bu zaman onlarda bəzi problemlər yaranır. Bizim bu gün təqdim etdiyimiz geyimlər isə məhz təkərli oturacaq istifadəçiləri üçündür. Tədbir, Almaniya və Fransa səfirliklərinin dəstəyi ilə baş tutub. Məqsədimiz azərbaycanda inkluziv geyim brendlərinin sayını artırmaq və moda təmsilçisinə dəstək olmaqdır'' -, deyə təsisçi bildirib.
''Kekalove Adaptiv'' brendi 2019- cu ildən fəaliyyət göstərir.
Zeynalova Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !