• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb

Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb
22.06.2024 13:01
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin yeni siyahısı təsdiqlənib.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, siyahıdakı reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb.

Belə ki, qərarla "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” iki dəfədən çox genişləndirilib.

Siyahıya:

- gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator),
- yıxılma detektorları,
- statik vertitikalizator,
- ayaq əyriliyi breketləri,
- daşına bilən panduslar,
- gözdən əlilliyi olanlar üçün ağ əsa,
- brayl əlifbası ilə yazılmış saat,
- brayl sistemi ilə yazı üçün cihaz,
- optik böyüdücülər,
- ekran-oxuyucuları (skrinriderlər)
- hamam otağı üçün stul və ya kətil,
- tualet kreslosu,
- hopdurucu bezlər və mələfələr,
- fərdi həyəcan-siqnalizasiya sistemləri,
- ünsiyyət lövhələri və s. reabilitasiya vasitələri də daxil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.

Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol