Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı artırılacaq

11:04 | 05.02.2024
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı artırılacaq

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı artırılacaq

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”nda və "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb.

Bundan əvvəl, 2020-ci ildə Nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.
 
2023-cü ildə əlilliyi olan şəxslərə ümumilikdə 91 400 köməkçi vasitələr dövlət büdcəsi hesabına verilib. 

Məlumata görə, 2 145 aşağı ətraf protezi, 297 yuxarı ətraf protezi, 7406 ortopedik ayaqqabı, 4763 təkərli, mühərrikli oturacaqlar, 1800 eşitmə aparatı, 11 700 dən çox dayaq vasitələridir. Eyni zamanda 2080 müharibə əlilləri 49 765 müxtəlif növ reabilitasiya vasitəsi ilə təmin olunub. 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM