• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslərə verilmiş reabilitasiya vasitələrinin sayı açıqlanıb

Əlilliyi olan şəxslərə verilmiş reabilitasiya vasitələrinin sayı açıqlanıb
15.05.2024 10:57
2024-cü ilin yanvar-aprelində 5.5 min nəfər əlilliyi olan şəxsə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 40,2 min reabilitasiya vasitəsi verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Verilmiş reabilitasiya vasitələrindən 3,5 mini təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac, 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
 
Fevralın 5-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq. 

Bundan əvvəl, 2020-ci ildə Nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.
 
2023-cü ildə əlilliyi olan şəxslərə ümumilikdə 91 400 köməkçi vasitələr dövlət büdcəsi hesabına verilib. 
 
Aygün 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol