"Azərbaycan və UNESCO arasında olduqca doğma, işgüzar bir əlaqə yaranıb. Bu əlaqə qarşılıqlı hörmətə, qarşılıqlı etimada söykənir".APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev deyib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və UNESCO arasında əlaqələr daha da genişlənir: "Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri UNESCO vasitəsilə çox ciddi şəkildə təbliğ olunur, çox yüksək qiymətlər alır". E.Əfəndiyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələdə xüsusi rolu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda çox mühüm tədbir - UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası keçirilir: "UNESCO-nun bu mühüm sessiyasının Azərbaycanda keçirilməsi bizim mədəniyyət həyatımız və ictimaiyyətimiz üçün çox əlamətdar hadisədir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !