62 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.
Anews.az xəbər verir ki, Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. Sevinc Abbasova isə günahsız olduğunu deyib:"Mənim təqsirim yoxdur".
Proses sentyabrın 18-də davam etdiriləcək.(azxeber)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !