Əlini itirən körpənin anası intihar etdi - Bakıda

11:17 | 30.11.2013
Əlini itirən körpənin anası intihar etdi - Bakıda

Əlini itirən körpənin anası intihar etdi - Bakıda

Bakıda intihar hadisəsi baş verib

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 35 yaşlı Mətanət Qabil qızı Məhərrəmova atasına məxsus evdə özünü asıb.

Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Belə ki, bir müddət əvvəl M.Məhərrəmovanın azyaşlı uçağı ət çəkən maşınla oynayarkən əlini itirib. Bundan sarsıntı keçirən ana əsəb xəstəliyinə tutulub. Onun intihar etməsinə də əsəb pozğunluğunun səbəb olduğu ehtimal edilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti