Əliyar Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat alıb

18:30 | 21.03.2023
Əliyar Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat alıb

Əliyar Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat alıb

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

 36 yaşlı referi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.

O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.
Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Bolqarıstan – Monteneqro görüşü martın 24-də "Ludoqorets Arena”da keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM