Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.Bu barədə AFFA məlumat yayıb.
Referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "Bolonya” (İtaliya) – "Monako” (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















