Əliyev ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın mövqeyini aydın hesab etmir

14:37 | 30.08.2024
Əliyev ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın mövqeyini aydın hesab etmir

Əliyev ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın mövqeyini aydın hesab etmir

Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv olunmasında mövqeyi aydın deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.  
 
"Artıq keçmişin yadigarları olan ATƏT-in Minsk Qrupu və onunla əlaqəli qurumlar tamamilə ləğv edilməlidir. Çünki əgər münaqişə keçmişdə qalırsa, Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edirsə, o zaman Minsk Qrupunu qoruyub saxlamağa nə ehtiyac var?”. -
Əliyev bildirib. 

Həmsədr üçlüyünün - Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılıb. 
 
Avqustun 15-də Ermənistan Xarici İşlər Nazirliyi  Ermənistan sülh sənədinin bağlanması istiqamətində Azərbaycanla birgə ATƏT-in MİNS qrupunun fəaliyyətinin davam etidrilməsi məsələsinə baxmasına hazır olduğunu bəyan edib. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti bildirib ki, sülh sənədi istiqamətində proseslərin 80-90% yekunlaşıb, sadəcə açıq qalan 2 məsələ var. 
 
 
"Prosesdə iki məsələ açıq qalıb. Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”,- Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM