Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
"Azərbaycanla Ermənistan arasında artıq faktiki sülh var, bir neçə aydır ki, iki ölkənin sərhədində dinc vəziyyət hökm sürür. Amma bu prosesi məntiqi sona çatdırmaq üçün sülh müqaviləsi imzalamaq lazımdır, Ermənistan isə ərazi iddialarından əl çəkməlidir”, - dövlət başçısı Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə bildirib.
Ermənistan bir neçə gün öncə sülh sənədi ilə bağlı təkliflərini Azərbaycana verdiyini açıqlayıb.
Bundan əvvəl xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !