Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyənin Bolu vilayətində baş verən yanğın hadisəsi ilə bağlı başsağlığı verib. Bu barədə Türkiyənin dövlət kanalı məlumat yayıb.
Bir neçə gün öncə Türkiyənin Bolu vilayətində oteldə baş verən yanğın zamanı 79 nəfər ölüb. Son məlumata görə oteldə 237 nəfər olub.
Baş verən hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Ölkə prezidenti yanvarın 22-də ölkədə matən günü elan edib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !