“ABŞ Rusiyanın təkbaşına vasitəçiliyindən narahatdır”. Bu sözləri Axar.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Nyuport şəhərində keçirilən sammiti şərh edərkən deyib: “NATO-nun Uelsdəki sammiti çərçivəsində ABŞ Dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsi Moskvaya mesaj idi. Mesajın mahiyyəti bu idi ki, Vaşinqton Rusiyanın təkbaşına vasitəçiliyindən narahatdır. Ancaq Uelsdəki görüşün davamının uğurlu olacağını söyləmək problematikdir. Çünki birincisi, Barak Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı konkret planı yoxdur, ikincisi, Yerevan Kremlin təzyiqindən ehtiyat edərək Vaşinqtonun təşəbbüslərində fəal iştirak etməyəcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !