Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənar hesab edir. Bu barədə ölkə başçısı Belçika Krallığının ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.
"Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. "Bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifi tamamilə reallıqdan kənardır", - Əliyev bildirib.
Bundan əvvəl Rəsmi İrəvan COP29 iqlim konfrasına qədər Azərbaycanı sülh sənədində razılaşdırılmış bəndlər üzrə müqavilə imzalamaya dəvət etdiyini açıqlayıb.
Nikol Paşinyan təklif edib ki, sənəd üzərində razılaşdırılmış bəndlər üzərinə müqavilə bağlana bilər.
Bir neçə gün öncə Azərbaycan Prezidenti Milli Məclisində çıxışında söyləyib ki, Ermənistan sülh müqaviləsində razılaşdırılmamış müddəlaları öz təkliflərin variatından çıxarıb.
Bundan əvvəl Əliyev vurğulayıb ki, sülh sənədi istiqamətində iki ölkə arasında 80% razılaşma əldə edilib.
Bundan əvvəl Ermənistanın baş naziri açıqlama verərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır.
Aytac

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !