İlham Əliyevin rəqibləri onu Azərbaycanda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.
Bitərəf namizəd Zahid Oruc İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzu edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçki prosesini müsbət qiymətləəndirib, səsvermə nəticlərində hər hansı bir pozunduğu aşkar olunmamasını təsdiq etməklə Əliyevə qarşıdakı fəaliyyətində uğurlar arzu edib.
Böyük Quruluş Partiyasından olan namizəd Fazil Mustafa seçkiləri qanunlara uyğun səciyyələndirdiyi açıqlayıb və seçki nəticələrini qəbul etdiyini bildirib. Bu münasibətlə partiya sədri rəqibi İlham Əliyevi qəbələsi münasibətilə təbrik edib.
İlham Əliyevə seçki qərargahından digər namizədlər - Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, deputat, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və özünün namizədliyini irəli sürmüş Liberal Demokrat Partiyasının keçmiş sədri Fuad Əliyev də qalib olan İlham Əliyevə təbrik mesajları ünvanlayıblar.
Məntəqələr 93,3 faizi nəticəsini elan edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !