Əliyevin bütün rəqibləri onu qələbə qazanması münasibətilə təbrik ediblər

09:02 | 08.02.2024
Əliyevin bütün rəqibləri onu qələbə qazanması münasibətilə təbrik ediblər

Əliyevin bütün rəqibləri onu qələbə qazanması münasibətilə təbrik ediblər

İlham Əliyevin rəqibləri onu Azərbaycanda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər. 
 
Bitərəf namizəd Zahid Oruc İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzu edib. 
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçki prosesini müsbət qiymətləəndirib, səsvermə nəticlərində hər hansı bir pozunduğu aşkar olunmamasını təsdiq etməklə Əliyevə qarşıdakı fəaliyyətində uğurlar arzu edib. 

Böyük Quruluş Partiyasından olan namizəd Fazil Mustafa seçkiləri qanunlara uyğun səciyyələndirdiyi açıqlayıb və seçki nəticələrini qəbul etdiyini bildirib. Bu münasibətlə partiya sədri rəqibi İlham Əliyevi qəbələsi münasibətilə təbrik edib. 


İlham Əliyevə seçki qərargahından digər namizədlər - Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, deputat,  Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və özünün namizədliyini irəli sürmüş Liberal Demokrat Partiyasının keçmiş sədri Fuad Əliyev də qalib olan İlham Əliyevə təbrik mesajları ünvanlayıblar. 

Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderdir.

Məntəqələr 93,3 faizi nəticəsini elan edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb