Əliyevin şərəfinə hazırlanan Ayfon neçəyədir?

11:43 | 18.04.2015
Əliyevin şərəfinə hazırlanan Ayfon neçəyədir?

Əliyevin şərəfinə hazırlanan Ayfon neçəyədir?

"Azərbaycana Heydər Əliyevin şəkli olan Ayfonlardan cəmi 6 ədəd gətirilib”.
 
Bu barədə Axar.az-a açıqlamasında "Caviar” şirkətinin nümayəndəsi söyləyib.
 
O, ayfonlardan artıq ikisinin satıldığını bildirib:
 
"Heydər Əliyevin şəkli olan ayfonlardan 6 ədəd gətirilib. Onlardan 2-si satılıb. Hazırda 4-ü qalıb. Ağ qızılla olan ayfon 6300 manat, gerblə olan isə 4800 manatdır”.
 
Qeyd edək ki, "Caviar” italyan brendi üzərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəsmi olan qızıl telefonlar hazırlayıblar. Yeni Supremo kolleksiyası Ayfon 6 smartfonlarından ibarətdir. Kolleksiyaya daxil olan Supremo Aliyev, Supremo Aliyev Titano White Gold, eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər Perla Penna zərgərlik emalatxanasının ustaları tərəfindən yüksək peşəkarlıqla hazırlanıb. Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə bu modeli digərlərindən fərqləndirir. Onlardan birinin üzərində Azərbaycanın gerbi və ümumilli liderin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub. Limitli kolleksiyanı Caviar-Azərbaycan butikindən əldə etmək olar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb